Maliyyələşmə və təminatlar
Bank hüquqşünası kimi kredit, ipoteka və zəmanət sənədləri, həmçinin bank məhsullarının hüquqi sənədləşdirilməsi ilə işləmişəm.
Təcrübə
Bankdakı iş təcrübəmə maliyyələşmə və təminat sənədlərinin hazırlanması və yoxlanılması, öhdəliklərin icrası və təminatla bağlı hüquqi risklərin qiymətləndirilməsi daxildir. Korporativ və layihə işlərində də təminat və zəmanət şərtlərinin əsas müqavilə ilə uyğunluğunu təhlil etmişəm. Bu istiqamətdə fəaliyyətim maliyyələşmənin hüquqi sənədlərinə, tərəflərin öhdəliklərinə və təminat mexanizmlərinə yönəlir.
BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİM
- Kredit və digər maliyyələşmə müqavilələrinin hüquqi təhlili və dəyişiklik təklifləri.
- Girov, ipoteka, zəmanət və qarantiya sənədlərində öhdəlik və təminat şərtlərinin yoxlanılması.
- Təminatın məbləği, müddəti, tələb qaydası və əsas müqavilə ilə uyğunluğunun nəzərdən keçirilməsi.
- Öhdəliklərin dəyişdirilməsi və təminatla bağlı yazışma və danışıqlara hüquqi dəstək.
ƏMƏKDAŞLIQ
Sənədlərin hüquqi baxışı · Danışıqlara dəstək · Əməliyyatın sənədləşdirilməsi Ayrıca müqavilə və ya maliyyələşmə ilə bağlı sənəd paketi üzrə işləyə bilərik. Baxışın əhatəsi sizin əməliyyatdakı rolunuza, təminatın növünə və sənədlərin mərhələsinə uyğun müəyyənləşdirilir.
İLK MÜRACİƏT ÜÇÜN
Maliyyələşmənin və ya təminatın növünü, sizin tərəfinizi və hüquqi baxışa ehtiyac olan sənədləri sadalayın.
İşin həcmi, hazırlanacaq sənədlər, mərhələlər və xidmət haqqı əməkdaşlıq başlamazdan əvvəl razılaşdırılır. İlkin müraciətdə qısa təsvir kifayətdir; sənədlərin paylaşılması qaydası ayrıca müəyyənləşdirilir.