Məzmuna keç
Ozal XəlilovVəkil
HaqqımdaXidmətlərMəqalələrƏlaqə
AZENRU
ProfilXidmətlərMəqalələrƏlaqə
Xidmətlər

Tikinti və layihə müqavilələri

Baş podrat, subpodrat, EPC və layihələndirmə-tikinti müqavilələri, o cümlədən FIDIC əsaslı sənədlərlə işləmişəm.

Təcrübə

Tikinti və layihə müqavilələri üzrə təcrübəm imza və icra mərhələlərində yaranan dəyişiklik, gecikmə, ödəniş və tələb məsələlərini əhatə edir. İş həcmi, əlavə işlər, müddətin uzadılması, gecikmə məsuliyyəti, saxlanılan məbləğlər, təminatlar, sığorta və əməyin mühafizəsinə dair müqavilə öhdəlikləri üzərində işləmişəm. Layihə və biznes komandaları ilə birlikdə müqavilə şərtlərinin bildirişlərdə, yazışmalarda və icra sənədlərində nəzərə alınmasına hüquqi dəstək vermişəm.

BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİM

  • Baş podrat, subpodrat və layihə müqavilələrinin hazırlanması, yoxlanılması və danışıqlarının müşayiəti.
  • İş həcmi, əlavə iş, dəyişiklik və müddətin uzadılması üzrə hüquqi sənədləşmə.
  • Ödəniş, təhvil, saxlanılan məbləğ, təminat və məsuliyyət şərtlərinin təhlili.
  • Layihə boyu bildiriş, tələb və cavabların hazırlanması, müqavilə müddətlərinin və sübut sənədlərinin izlənməsi.

ƏMƏKDAŞLIQ

Müqaviləyə ilkin baxış · Konkret dəyişiklik və ya tələb · Layihə boyu hüquqi müşayiət İmza öncəsi müqavilə baxışı, icra zamanı ayrıca dəyişiklik və ya tələb, yaxud layihə üzrə davamlı hüquqi müşayiət formasında işləyə bilərik. Texniki faktlar layihənin mühəndis və məsul mütəxəssisləri ilə dəqiqləşdirilir.

İLK MÜRACİƏT ÜÇÜN

Layihədə sifarişçi, baş podratçı və ya subpodratçı olduğunuzu, müqavilənin mərhələsini və əsas məsələni qısa bildirin.

İşin həcmi, hazırlanacaq sənədlər, mərhələlər və xidmət haqqı əməkdaşlıq başlamazdan əvvəl razılaşdırılır. İlkin müraciətdə qısa təsvir kifayətdir; sənədlərin paylaşılması qaydası ayrıca müəyyənləşdirilir.

Müraciət et
Ozal Xəlilov
MəqalələrƏlaqəMəlumatların istifadəsi

© 2026 Ozal Xəlilov. Bütün hüquqlar qorunur.