Tələblər və mübahisələr
Müqavilə tələbləri, məhkəməyədək yazışmalar, danışıqlar və mülki, kommersiya və inzibati mübahisələr üzrə təcrübəm var.
Təcrübə
Hüquqi tələb və etirazların hazırlanması, hadisələrin və sənədlərin ardıcıllığının qurulması, sübutların sistemləşdirilməsi və danışıqların aparılması ilə işləmişəm. Şirkətdaxili fəaliyyətdə iddia və bildiriş proseslərini, kənar hüquq məsləhətçiləri ilə koordinasiyanı və barışıq imkanlarını qiymətləndirmişəm. Müstəqil vəkil fəaliyyətimdə məhkəmələr və dövlət orqanları qarşısında təmsilçilik etmişəm. Mübahisəyə yanaşmam tələb olunan nəticəni onun hüquqi əsası, sübutları və mümkün icra yolu ilə birlikdə qiymətləndirməkdir.
BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİM
- Tələb və ya etirazın hüquqi əsaslarının, sənədlərin və tələb məbləğinin qiymətləndirilməsi.
- Bildiriş, tələb və cavab məktublarının, iddia və digər prosessual sənədlərin hazırlanması.
- Danışıqlar, mediasiya və barışıq şərtləri üzrə hüquqi dəstək.
- Razılaşdırılmış iş üzrə məhkəmə təmsilçiliyi, apellyasiya, kassasiya və icra mərhələsinə hüquqi dəstək.
ƏMƏKDAŞLIQ
İlkin iş qiymətləndirməsi · Danışıqlar və tələb mərhələsi · Məhkəmə təmsilçiliyi Əvvəlcə faktlar, sənədlər, əsas tarixlər və qarşı tərəfin mövqeyi nəzərdən keçirilir. Sonra hüquqi rəylə kifayətlənmək, danışıqlara keçmək və ya konkret prosessual mərhələdə təmsilçilik barədə iş həcmi müəyyənləşdirilir.
İLK MÜRACİƏT ÜÇÜN
Mübahisənin qısa mahiyyətini, qarşı tərəfi, hazırkı mərhələni və bildiyiniz son müraciət tarixlərini qeyd edin.
İşin həcmi, hazırlanacaq sənədlər, mərhələlər və xidmət haqqı əməkdaşlıq başlamazdan əvvəl razılaşdırılır. İlkin müraciətdə qısa təsvir kifayətdir; sənədlərin paylaşılması qaydası ayrıca müəyyənləşdirilir.