Satınalma və gündəlik fəaliyyət
Satınalma sənədlərinin hüquqi təhlili, təchizatçı münasibətləri və tender komissiyası işində təcrübəm var.
Təcrübə
Mədən və tikinti sahələrində satınalma və podratçı münasibətləri ilə işləmişəm. Tender komissiyasının üzvü kimi satınalma sənədləri, qiymətləndirmə qeydləri, protokollar, təsdiq və nəticə materiallarının hüquqi baxışında iştirak etmişəm. Təcrübəmə təchizatçı müqavilələri, daxili razılaşdırmalar, icazə məsələləri və dövlət orqanları ilə hüquqi yazışmalar da daxildir. Satınalma qərarının hüquqi əsası ilə onun sonrakı müqavilə və icra sənədlərinin bir-birinə uyğun olmasına diqqət yetirirəm.
BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİM
- Tender və satınalma sənədlərinin, iştirak şərtlərinin və müqavilə layihələrinin hüquqi təhlili.
- Təchizatçı və podratçı münasibətlərində öhdəlik, qəbul, ödəniş və məsuliyyət şərtlərinin işlənməsi.
- Daxili təsdiq, protokol və səlahiyyət sənədlərinin hüquqi baxımdan yoxlanılması.
- Gündəlik fəaliyyətlə bağlı daxili qaydalar, əmək sənədləri və dövlət orqanlarına hüquqi yazışmalar üzrə dəstək.
ƏMƏKDAŞLIQ
Konkret satınalma üzrə baxış · Tenderin hüquqi müşayiəti · Davamlı əməliyyat dəstəyi Ayrıca satınalma sənədlərini yoxlaya, konkret tender prosesini hüquqi baxımdan müşayiət edə və ya təkrarlanan satınalmalar üzrə işləyə bilərik. Hüquqi işin əhatəsi prosesin mərhələsi və sənədlərin həcminə uyğun müəyyənləşdirilir.
İLK MÜRACİƏT ÜÇÜN
Satınalmada sifarişçi, təchizatçı və ya iştirakçı olduğunuzu, prosesin mərhələsini və əsas tarixləri yazın.
İşin həcmi, hazırlanacaq sənədlər, mərhələlər və xidmət haqqı əməkdaşlıq başlamazdan əvvəl razılaşdırılır. İlkin müraciətdə qısa təsvir kifayətdir; sənədlərin paylaşılması qaydası ayrıca müəyyənləşdirilir.