Məzmuna keç
Ozal XəlilovVəkil
HaqqımdaXidmətlərMəqalələrƏlaqə
AZENRU
ProfilXidmətlərMəqalələrƏlaqə
Xidmətlər

Biznes üçün daimi hüquqi müşayiət

Şirkətdaxili hüquq funksiyasında rəhbərlik və müxtəlif biznes bölmələrinin gündəlik qərarlarını hüquqi baxımdan müşayiət etmişəm.

Təcrübə

Bank, mədən və tikinti sahələrində iş təcrübəm müqavilə ilə yanaşı, onun icrasına təsir edən maliyyə, satınalma, insan resursları və əməliyyat məsələlərini də əhatə edir. Rəhbərlik və biznes bölmələri ilə işləyərkən hüquqi rəylər, daxili qaydalar, korporativ sənədlər və tərəfdaşlarla yazışmalar hazırlamışam. Müstəqil fəaliyyətimdə də şirkət və sahibkarların gündəlik hüquqi ehtiyacları üzrə məsləhət və müqavilə dəstəyi göstərmişəm. Bu təcrübə hüquqi məsələnin biznesin gündəlik fəaliyyətinə təsirini nəzərə almağa imkan verir.

BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİM

  • Gündəlik biznes qərarları üzrə hüquqi mövqenin və mümkün addımların hazırlanması.
  • Müqavilələrin, hüquqi yazışmaların və daxili sənədlərin hazırlanması və yoxlanılması.
  • Açıq hüquqi məsələlərin, öhdəliklərin və mühüm tarixlərin prioritetləşdirilməsi.
  • Rəhbərlik, maliyyə, satınalma və digər bölmələr arasında hüquqi məsələlərin koordinasiyası.

ƏMƏKDAŞLIQ

İlkin hüquqi baxış · Daimi hüquqi müşayiət Əməkdaşlıq biznesin fəaliyyəti və əsas sənədləri ilə tanışlıqdan başlaya bilər. Sonra davamlı dəstəyin əhatəsini, müraciətlərin prioritetini, görüş və hesabat qaydasını birlikdə müəyyənləşdiririk.

İLK MÜRACİƏT ÜÇÜN

Biznesin fəaliyyət sahəsini, hüquqi dəstəyə ən çox ehtiyac yaranan məsələləri və gözlədiyiniz əməkdaşlıq formasını qısa yazın.

İşin həcmi, hazırlanacaq sənədlər, mərhələlər və xidmət haqqı əməkdaşlıq başlamazdan əvvəl razılaşdırılır. İlkin müraciətdə qısa təsvir kifayətdir; sənədlərin paylaşılması qaydası ayrıca müəyyənləşdirilir.

Müraciət et
Ozal Xəlilov
MəqalələrƏlaqəMəlumatların istifadəsi

© 2026 Ozal Xəlilov. Bütün hüquqlar qorunur.